Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Deyirlər ki, "get, işinlə məşğul ol" - Putin

Tarix: 14-06-2020 19:42     Baxış: 3341 A- / A+
"Deyirlər ki, "get, işinlə məşğul ol" - Putin

Rusiya prezidenti Vladimri Putin ilk dəfə ABŞ-dakı iğtişaşlara münasibət bildirib.

Manevr.az xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin “Moskva. Kreml.Putin” verilişinə müsahibəsində baş verənləri hansısa dərin daxili böhranların təzahürü adlandırıb.

Rusiya Prezidenti deyib ki, ABŞ-da və ya digər ölkələrdə baş verənləri çox səliqəli şərh etməyə və ya ən yaxşısı, şərh etməməyə çalışır: “ABŞ-da baş verənlər hansı dərin daxili böhranların təzahürüdür. Əslində, biz bunu uzun müddətdir ki, müşahidə edirik. Hazırki Prezident seçkilərdə demokratik yolla qalib gəldi, ancaq hakimiyyətə gəldiyi andan qanuniliyini şübhə altına almaq üçün məğlub tərəf hər cür uydurma məsələlər ortaya atdı"

Rusiya lideri ABŞ-da bəzi ştatların qubernatorlarının Donald Trampın əmrlərinə reaksiyasından da təəccübləndiyini vurğulayıb: "Demokratiya nədir? Xalqın gücüdür. Əgər xalq ali qurumları seçərsə, xalqın etimadını qazanan ali orqanlar icra orqanlarının işini ölkə əhalisinin böyük əksəriyyətinin maraqlarını təmin edəcək şəkildə qurmaq hüququna malikdirlər. Prezident deyir ki, "biz belə etməliyik", yerlərdə qubernatorlar isə deyirlər ki, "get, işinlə məşğul ol" .

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar