Xəbər lenti
Trampdan sensasion bəyanat: ABŞ Minsk Qrupundan da çıxacaq?
ABŞ ordusu artıq başqa xarici ölkələrdəki münaqişələrin həllində iştirak etməyəcək.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bu gün Nyu-York ştatında Vest Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.
Tədbir Ağ Evin "Facebook” səhifəsində canlı yayımlanıb.
"Siz Amerika tarixində ən vacib məqamda ordu karyeranıza başlamısınız. Amerika əsgərinin vəzifəsi digər ölkələri yenidən qurmaq deyil, ölkəmizi xarici düşmənlərdən qorumaqdır və biz bu təməl prinsipləri geri qaytarırıq” , - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ insanların adını belə eşitmədiyi ölkələrdəki münaqişələri həll etməyə məsul deyil.
"Biz bu dünyanın polisləri deyilik. Ancaq düşmənlərimiz bilsinlər ki, əgər xalqımız təhlükə altındadırsa, biz heç vaxt çəkinməyəcəyik", - deyə prezident bildirib.
Stohkolm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2019-cu ildə dərc etdiyi hesabatda bildirilir ki, ABŞ hərbi xərclərə (649 milyard dollar) görə dünyada birinci yerdədir. Ümumilikdə hazırda dünyada 600-dən çox Amerika hərbi bazası fəaliyyət göstərir.
Qeyd edək ki, bu günlərdə Almaniya hökuməti bəyan edib ki, Berlin ölkədə yerləşdirilmiş ABŞ qoşunlarının bir hissəsinin mümkün ixtisarına dair Vaşinqtondan rəsmi bildiriş alıb. Ötən həftə "The Wall Street Journal” qəzeti yazmışdı ki, Tramp Almaniyadan 9500 ABŞ hərbçisinin çıxarılmasını planlaşdırır. Almaniyanın "Der Spiegel” jurnalı bu rəqəmin 5 minlə 15 min arasında olduğunu yazırdı. Bir sıra ABŞ konqresmen və senatorları deyib ki, bu ixtisar planı həyata keçirilərsə, Avropada ABŞ-ın milli təhlükəsizliyinə risk yarana və Rusiyanın mövqeləri möhkəmlənə bilər.
Tramp ötən ilin oktyabrında ABŞ-ın "Suriyada sonu olmayan, mənasız müharibədən çəkilməsinin vaxtı çatdığını” bəyan etmişdi.
ABŞ prezidenti "Twitter" səhifəsində bunları yazmışdı: "Suriyada əksəriyyəti qəbilə döyüşləri xarakterini daşıyan cəfəng, sonu olmayan, mənasız müharibədən çıxmağın və əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb. Bizə xeyir gətirən müharibələrdə yalnız qalib gəlmək üçün savaşacağıq. İndi Avropa, Türkiyə, Suriya, İran, İraq, Rusiya və kürdlər özləri vəziyyəti başa düşməli, qonşuluqlarında ələ keçirilən İŞİD döyüşçüləri ilə nə etməli olduqları barədə qərar verməlidirlər”.
Amma sonrakı proseslərdə Tramp Suriyada əsgər saxlamağa qərar verdi. Tramp administrasiyasının dünyadakı münaqişələrə vaxt və pul sərf etməmək barədə bəyanatları Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini də gündəmə gətirir.
Aydındır ki, ABŞ Qarabağ münaqişəsində hərbi yox, diplomatik iştirakçıdır. Tramp administrasiyasının Qarabağ münaqişəsinin həllinə yüksək səviyyədə diqqət ayırmadığı isə yenilik deyil. Prezident Trampın Ağ Evə gəlişindən sonra ABŞ-ın dünyadakı rolunu azaltmaq istəməsi və xaricə maliyyə dəstəklərini azaltmalarında da bu siyasət nəzərə çarpır.
ABŞ-ın həmsədr vəzifəsinin xərclərini ABŞ höküməti yox, ATƏT ödəyir. Amma ATƏT-in Minsk Qrupu formatının Dağlıq Qarabağ məsələsində özünü doğrultmadığı və bu günə kimi də heç bir uğur əldə etmədiyi göz önündədir. ABŞ və Fransa isə Rusiyanın Qarabağ münaqişəsində həlledici rolunu qəbul edib. Bu səbəbdən Trampın günlərin birində münaqişlərin həllində diplomatik missiyasını da dayandıra biləcəyi barədə bəyanat verməsi təəccüblü olmaz. Ümumi qənatə görə, son illər Vaşinqtonun Cənubi Qafqazda rolu kifayət qədər zəifləyib, Rusiya isə əksinə, daha
da güclənib...(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar