Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: “Ölüm halları arta bilər”

Tarix: 06-06-2020 13:26     Baxış: 4242 A- / A+
Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: “Ölüm halları arta bilər”

Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.

Manevr.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.

“Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz”, - A.Sato qeyd edib.

O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.

Yapon həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.

“Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır”, - deyə ekspert izah edib.

İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar