Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan hərbi sirrini açdı: “Paşinyana satılan rus sistemləri...” – Şok faktlar

Tarix: 01-06-2020 21:39     Baxış: 2234 A- / A+
İrəvan hərbi sirrini açdı: “Paşinyana satılan rus sistemləri...” – Şok faktlar


Keçmiş prezident Serj Sərkisyanın kürəkəni, bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan hazırkı Ermənistan hakimiyyətini Rusiyadan köhnə hava hücumundan müdafiə sistemləri aldığını açıqlayıb.

Manevr.az xəbər verir ki, sabiq səfir Nikol Paşinyan hökumətinin Rusiyadan aldığı “Osa” zenit-raket sistemlərinin köhnə və istifadəyə yararsız olduğunu bildirib.

Baş nazir Nikol Paşinyanın özü də, 2019-cu ilin dekabr ayının sonunda çox sayda hava hücumundan müdafiə sistemlərinin alındığını açıqlayıb: “Osa-AK” hava hücumundan müdafiə sistemlərinin böyük bir dəsti alınıb və modernləşdirilib”.

Minasyan isə Rusiyadan alınan bu və digər hava hücumundan müdafiə sisetmlərinin modernləşdirilmədiyini, aktivləşdirilmədiyini bildirib. Yəni, Paşinyanı erməniləri aldatmaqda günahlandırıb.

Hərbi analitik Leonid Nersisyan da, Rusiyadan alınan sistemlərin köhnə olduğunu təsdiq edib.

Jurnalistin “Bu qədər çox köhnəlmiş hava hücumundan müdafiə sisteminin alınması nə dərəcədə məqsədəuyğun idi? Erməni ordusu üçün daha yeni və daha müasir sistemlərin alınmasının vaxtı gəlib çatmayıbmı?”, sualına Nersisyan belə cavab verib:

“İnanıram ki, sovet texnikaları təmir və istismar üçün daha çox səy və ehtiyat tələb etdiyindən, yeni avadanlıqlara daha çox diqqət ayırmağın və almağın vaxtı gəlib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar