Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı

Tarix: 31-05-2020 19:43     Baxış: 3228 A- / A+
Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı

“Ermənistan Rusiyadan aldığı silahları üçüncü ölkəyə satır və ölkə beynəlxalq silah ticarətində qara bazarda iştirak edir”.

Report Aysor-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqysanın kürəkəni, Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Yalanın sonu” adlı videomüraciətində bildirib.

Onun sözlərinə görə, mayın 23-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəhbəri, Baş nazir Nikol Paşinyanın hazırkı müşaviri general Arşak Karapetyan Rusiya Müdafiə Nazirliyində vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün gizli şəkildə Rusiyaya göndərilib.

M.Minasyan ölkəsinin təhlükəsizlik məsələlərini nəzərə alaraq, tam açıq danışa bilmədiyini və diqqətli olacağını qeyd edib.

“Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah və sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu Federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”, - deyə keçmiş səfir bildirib.

O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib:

“Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir. 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar dördüncü ölkədə meydana çıxa bilər”.

Keçmiş səfirin sözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya Nikol Paşinyan istisna olmaqla bu mafiozları cəzalandırmaq qərarına gəlib.

Belə ki, rəsmi Moskva David Qalstyanı arzuedilməz şəxs (“persona non-qrata”) elan edib və ona 10 il ərzində Rusiyaya girməyi qadağan olunub. David Qalstyanın Rusiya Federasiyası ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar