Xəbər lenti
Zelenskinin “sehirli çubuğu”: Keçmiş aktyor Putini necə məğlub edir?
Bir il əvvəl Ukraynanın siyasi səhnəsində ciddi dəyişikliklər baş verdi. Televiziya seriallarında dövlət başçı obrazını canlandıran aktyor seçkilərdə qalib gəldi. Onun yaratdığı “Xalqın Xidmətçiləri” partiyası isə ən azı Rusiya ilə müharibəyə son qoymaq şüarı sayəsində parlament seçkilərinu uddu. Ancaq bu vədin nə dərəcədə yerinə yetirildiyi barədə fikir birliyi yoxdur.
Manevr.az xəbər verir ki, rus mətbuatında Rusiya siyasi elitasının Avropada nüfuz savaşında Ukraynanın yeni hakimiyyətinə məğlub olduğuna dair yazılar dərc olunmağa başlayıb.
Donbasdakı münaqişəni həll etmək üçün iki siyasi və diplomatik vasitə yaradıldı: Norman formatı və Minsk Sülh Prosesi. Təəssüf ki, dünyada heç kim Rusiya tərəfindən işğal olunan Krım bölgəsinin Ukraynaya qaytarılması üçün səy göstərmir. Əlbəttə, Kiyevdən başqa... Son illərdə nə Norman formatı, nə də Minsk prosesi faktiki olaraq fəaliyyət göstərmədi.
2015-ci ildən bəri geniş miqyaslı eskalasiya müşahidə olunmadı, lakin insanların öldürüldüyü atışmalar demək olar ki, hər gün baş verir. Ukrayna Donbasda təxminən 14 min hərbçi və mülki insanı itirdi. Prezident Zelenskinin tənqidçiləri bu məsələdə ona qarşı çıxdılar, çünki münaqişənin sona çatmasına nail ola bilmədilər. Lakin Zelenski hələ qollarını indi çırmalayır.
İrəliyə sıçrayış
Prezident və onun siyasi düşərgəsi bu ittihamları rədd edir və bir neçə il davam edən durğunluq dövrünü başa vurmağı bacardıqlarını xatırladır: Moskva ilə birbaşa dialoq quruldu və Norman formatında işlər yenidən başladı.
Bu səylər üç dəfə əsirlərin dəyişdirilməsinə səbəb oldu. Rejissor Oleq Sentsov bu proseslərdən birində vətəninə qayıda bildi. Bununla belə, yenə də Zelenski tənqid olundu və onun Rusiya ilə danışıqlar aparmağa təcrübəsinin olmadığı bildirildi.
Poroşenkonun yanlış ritorikası
Prezident həqiqətən Rusiya ilə güzəştə gedən bir yolla vəzifəsinin icrasına başladı. Poroşenkonun sərt siyasəti yalnız ritorika səviyyəsində güzəştsiz idi, əksinə münaqişənin durğunluğuna səbəb oldu.
Zelenski isə ondan fərqli olaraq, birbaşa Putinlə əlaqə qurdu. Yeni başlayan proses yalnız əsirlərin dəyişdirilməsi ilə məhdudlaşmadı, eyni zamanda qoşunların Donbasdakı ən qaynar nöqtələrdən geri çəkilməsi də baş verdi, Luqansk bölgəsi ilə əlaqə bərpa edildi.
Zelenski daha da irəli getdi: o, münaqişəni “Ştaynmayer düsturu” əsasında həll etməyə hazır olduğunu və hətta separatçı bölgələrin nümayəndələrinə danışıqlarda iştirak etməyə icazə verdiyini bildirdi. Amma Moskva bu güzəşt siyasətinə müsbət reaksiya vermədi, bu, Ukrayna prezidentinə qarşı növbəti ittihamlara səbəb oldu. Bununla belə, rus siyasi elitasında Zelenskinin yanaşmasını təqdir edənlər də var.
Avropada nüfuz savaşı
Avropada Zelenskinin qurduğu komandaya müəyyən dəstək var. Avropalılar Zelenskinin aqrar və bank qanunvericiliyi islahatlarını müsbət qiymətləndirirlər, bunun üçün Avropa İttifaqı koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Kiyevə bir milyard avro mükafat verdi.
Eyni zamanda, avropalılar Ukrayna hakimiyyətindəki kadr dəyişikliyinə diqqət yetirirlər.
Öz növbəsində, Amerikanın sabiq vitse-prezidenti Co Baydenlə hekayəsi fonunda ABŞ-la münasibətlərdə ortaya çıxan problemlər, yəqin ki, artıq okeanın o tayında unudulub. Vaşinqtondan amerikalıların Ukraynanın geosiyasi əhəmiyyətindən xəbərdar olduqları barədə siqnallar gəlir.
Tataminin küncünə sıxılan Putin
Beləliklə, bütövlükdə Prezident Zelenskinin xarici siyasətinin təsirli olduğunu bildirmək olar. Kiyev Moskva ilə münaqişənin kəskinləşməsindən xilas oldu və hətta kiçik bir irəliləyişə də nail oldu. Norman formatı yenidən işə salındı və alman-fransız tandemi Moskvanın maraqları naminə açıq hərəkət etməyi dayandırdı.
Zelenski Putinin təcavüzkar niyyətlərini ortaya qoydu, eyni zamanda Brüsselin yüksək qiymətləndirdiyi güzəştə getməyə hazır olduğunu nümayiş etdirdi. Zelenski Avropada Putinlə “matçdan” qalib çıxdı, dünyaya Ukraynanın Rusiya təcavüzünün qurbanı olduğunu xatırlatdı və qəbul etdirdi.
Avropanın müxtəlif yerlərində Kremllə tərəfdaşlığa qayıtmaq barədə söhbətlər olsa da, Rusiya-Ukrayna münaqişəsini unutmayıblar və Rusiya Federasiyası hələ də təcavüzkar siyasətinin cəzası olan sanksiyalardan yaxa qurtara bilmir./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar