Xəbər lenti 
					
 
		Alla Puqaçovanın əri Putinlə Sobyaninin görüşünü parodiya etdi - VİDEO

Maksim Qalkin Qryaz kəndindəki malikanəsində eyni vaxtda prezident Vladimir Putin və Moskva meri Sergey Sobyanini oynadığı parodiya videosu hazırlayıb.
Videoda Qalkinin personajları koronavirusla bağlı özünü təcridetmə rejimini yüngülləşdirmək mövzusunu müzakirə edir və gəzinti cədvəlinin necə qurulacağından danışır. "Putin"in qarşısında prezident iclaslarında olduğu kimi bir kağız və qələm var. "Sobyanin" isə fantastik gəzinti sxemi hazırlayır. Hər şey uğurla başa çatır - cədvəl adı düzəldilərək təsdiqlənir.
Zarafat bir yana, amma Moskvada koronavirusla bağlı vəziyyət hələ də ciddidir - buna görə şəhər rəhbərliyi karantin rejimini yumşaltmaq işində son dərəcə ehtiyatlı hərəkət edir. Hazırkı bələdiyyə başçısının sözlərinə görə, iyunun 1-dən etibarən gəzintilər üçün icazə hələlik iki həftəlik tətbiq olunur - gələcək qərarlar epidemioloji vəziyyətdən asılı olacaq./qaynarinfo
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















