Xəbər lenti
Dünyanın əfsanəvi, Hitlerin sevimlisi, SSRİ-nin dağılmasını görən timsahı öldü — ŞƏKİL
Dünyanın ən əfsanəvi, Hitlerin sevimlisi, SSRİ-nin dağılmasını görən və ən nəhayət ömrünün son 60 ildən artığını Moskvada yaşayan Saturn adı alan timsah 84 yaşında ölüb.
Timsah 1936-cı ildə ABŞ-ın Missipi ştatında tutularaq Berlin zooparkına göndərilib. Tuimsah Hitlerin ən çox ziyarət etdiyi heyvanlardan biri olub.
Berlin küçələrini fəth edən Saturn
İkinci Dünya müharibəsi zamanı 1943-cü ilin noyabrın 23-də Berlin bombardamn edilir. Atılan bombalardan biri zooparka düşür.Bombardamn nəticəsində Berlin zooparkında xeyli sayda heyvan ölür. Çox az heyvan bombardanmandan xilas olur. Xilac olanların arasında Saturnda olur. Bundan sonra əfsanəvi timsah 1946-cı ilədək Berlin küçələrində yaşamalı olur. Yalnız 1946-cı ildə Britaniya əsgərləri tərəfindən saxlanılır və Leypsiq zooparkına göndərilir. Leypsiq zooparkı SSRİ-nin nəzarətində idi. Elə 1946-cı ilin iyulunda timsah SSRİ əsgərləri ilə birlikdə Moskvaya göndərilir. O zaman Moskva zooparkında cəmi 2 timsah olub. Həmin timsah ilk illərdə Hitler adlandırılır. Ancaq sonradan onu Satrun adı verilir.
1950-cı illərdə ABŞ Moskva zooparkına Saturna cütləşib, nəsl artırmaq üçün gənc bir timsah hədiyyə edirlər. Ona Şipka adı verilir. Şipka nəsl artırmaq üçün nə qədər yuçurta qoysa da, heç birindən bala çıxmır. Növbəti yuçurtaqoyma zamanı Şipka ölür və Saturn yenəd ə yalnız yaşamalı olur.
Saturn sevgilisnin itkisinin çox ağır formada keçirir, hətta bir müddət iştahsız olduğunda yemək də yemir. Odur ki, zoopark əməkdaşları onun həyatını xilas etmək üçün çox zəhmət çəkirlər. Saturn hətta bir neçə dəfə ölüm təhlükəsi ilə üz –üzə qalır.
Ağlayan Saturn
1993-cü ildə zoopark ətrafında tanklar keçən zaman timsah göz yaşlarına hakim ola bilmir. Ekspertlərin fikrincə Saturn Berlində hücumlaırnı xatırlayaraq ağlayıb.
Çox tərs və prinspial xarakterli Saturn
Saturn xaraktercə çox prinspial olub. Məsələn 1990-cı ildə timsah üçün yeni terrarium tikilir, ancaq Saturn yaşadığı yerdən yeni yerə keçmək istəmir. Saturnu yeni əraziyə köçürsələr də o, nə az nə çox, düz, 4 ay yemək yeməkdən imtina edir. Onun həyatını xilas etmək üçün veterinarlar ineksiya formasında onun bədəninə vitamin vurtmaqla yaşamını təmin edə biliblər. 2010-cu ildə isə o 1 il müddətində yeməkdən imtina edib. Yalnız həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Saturn yaşlaşdıqca onun kaprizləri də çoxalıb. əgər gənc yaşlarında ona daha çox çeşidli qidalar qəbul edirdisə, yaşlaşdıqca, qidalanmda çətinliklər yaşanırdı. Timsah ancaq yeni ovlanmış ket balığını yeyirdi.
Saturn onu şotka ilə təmizləyəndə xoşlanarmış. Yaşlaşdıqca isə ona xüsusi yumşaq sintetik şotka hazırlanıb.
Ancaq Saturn baxcılarına çox hörmtə edib və onlara toxunmayıb. Baxıcılar onun yerini təmizləyərkən yaşadığı əraziyə daşlaırn altında gizlənərmiş.Yalnız bir dəfə 1970-ci ildə baxıcısını dişləmək istəyib. Bu da qarşı tərəfin ona etdiyi qeyri-adekvat hərəkət nəticəsində olub.
Saturn 84 il yaşadı və 2020-ci ilin mayın 22-də ölüb.
Onu da qeyd edək ki, Missisipi timsahları 40 ildən artıq yaşamır, ancaq Saturn rekordu qırıb. Məhz buna görə də Saturnun xatirəsi
əbədiləşdiriləcək./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar