Xəbər lenti
ABŞ-dan Braziliyaya QADAĞA - Ölkəyə giriş dayandırıldı
"Prezident 14 gündür Braziliyada olan xaricilərin ABŞ-a daxil olmasını dayandıraraq ölkəmizi müdafiə etmək üçün qəti addım atıb"
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineninin yazılı bəyanatında bildirilib.
Braziliyada koronavirusa yoluxma sayının 350 mini keçdiyini xatırladan Makineni, Braziliyanın dünyada ən çox yoluxmaya ev sahibliyi edən ölkələr sırasında olduğunu vurğulayıb.
"Braziliyadan ABŞ-a gəlmək istəyən şəxslər ölkədə yoluxma sayını artıracaqlar. Biz, bundan ehtiyat edirik. Səyahət məhdudiyyəti ABŞ vətəndaşlarına təsir etməyəcək və iki ölkə arasında ticarət davam edəcək" - deyə, Ağ Ev sözçüsü bildirib.
Son məlumata görə Braziliya dünən Rusiyanı geridə qoyaraq 357 min 839 yoluxma ilə ABŞ-dan sonra ikinci sırada qərarlaşıb. Ölkədə koronavirusdan ölənlərin sayı isə 22 min 500 nəfərdir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar