Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada Qarabağın qondarma rejiminin nümayəndəliyinin fəaliyyəti qadağan edildi

Tarix: 23-05-2020 00:05     Baxış: 3227 A- / A+
Almaniyada Qarabağın qondarma rejiminin nümayəndəliyinin fəaliyyəti qadağan edildi

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.

Almaniya XİN Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edib.

XİN-in məlumatında bildirilir: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq, qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

XİN-dən bildirilib: "Bununla əlaqədar, Almaniya Xarici İşlər Nazirliyi yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb".

Bu bəyanat yayıldıqdan sonra qondarma rejimi nümayəndəliyinin "Facebook" və "Twitter" sosial şəbəkələrindəki hesabları bağlanıb.

Bundan əlavə, qondarma rejimin Almaniya domeni olan saytı deaktiv edilib. Separatçılar bu saytın köməyi ilə Almaniyadan Azərbaycanın işğal edilmiş ərazilərinə turizm təşkil etməyə çalışırdılar. Arutyun Qriqoryan özü də "Facebook" səhifəsini silib. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar