Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə maskasız gəzənləri üç ilə qədər həbs gözləyir

Tarix: 19-05-2020 08:53     Baxış: 3272 A- / A+
Bu ölkədə maskasız gəzənləri üç ilə qədər həbs gözləyir

Qətərdə ictimai yerlərdə maska ​​taxmayan şəxslər üç ilə qədər həbs ediləcək.

Bu barədə “The Guardian” xəbər yayıb.

Bundan əlavə, qaydanı pozanlar 55 min dollaradək cərimə ödəyəcəklər. Yalnız nəqliyyat vasitələrində olan sürücülər bu tələbdən azaddırlar.

Qətərdə 30 mindən çox insanın COVID-19 testi müsbət nəticələnib.

Bu, 2,75 milyon nəfər əhalisi olan ölkə sakinlərinin 1,1 faizi deməkdir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, yalnız San Marino və Vatikanda adambaşına düşən yoluxma nisbəti daha yüksəkdir.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün məscidlər, eləcə də Qətərdəki məktəblər, ticarət mərkəzləri və restoranlar bağlanıb. Ölkə 2022-ci ilin futbol üzrə dünya çempionatına hazırlaşdığı üçün tikinti sahələri açıq qalır, eyni zamanda səlahiyyətlilər bu komplekslərdə sosial məsafə qaydalarına riayət olunmasını təmin etməyə çalışırlar. Üç stadionda çalışan işçilərin koronavirusa görə verdiyi testlərin nəticəsi müsbət olub.

Aprelin 26-dan inşaatçılar maska taxmaq məcburiyyətindədirlər.

Maska taxmaq hazırda təxminən 50 ölkədə tələb olunur, alimlər onları effektivlik dərəcələrinə görə bir neçə yerə ayırırlar. Çadda ictimai yerlərdə maska ​​olmadan görünmə cinayətdir; qaydanı pozanlar 15 günlük həbs cəzası ilə üzləşirlər. Mərakeşdə qanunu pozanlar üç ay müddətinə həbs oluna və 130 ABŞ dollarına qədər cərimə edilə bilərlər./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar