Xəbər lenti
Kim Çen In yenə yoxa çıxıb

Bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbəri yayılmışdı. Onun uzun müddət ortada görünməməsi şübhə doğurmuşdu.
Manevr.az xəbər verir ki, Kim Çen In yenə yoxa çıxıb. “New York Post” KXDR prezidentindən 12 gündür xəbər olmamasına diqqət çəkib. ABŞ hökumətinin milli məsələlər üzrə müşaviri Robert O'Brayen də bu məsələdən danışıb: “Ola bilər, o, həqiqətən də, fabriklərdə qırmızı lent kəsir. Amma biz həmin fotoların gerçək olduğunu da yoxlaya bilmirik”.
Dövlət müşaviri bununla Kim Çen Inın mayın 2-də uzun fasilədən sonra ortaya çıxaraq gübrə zavodunun açılışında iştirakına eyham vurur. Şayiələrə baxmayaraq, lider həmin kadrlarda gümrah görünürdü. Kadrların mayın 1-də lentə alındığı bildirilirdi.
Kim Çen In az qala bütün aprel ərzində ictimaiyyət arasında görünməmişdi. Şimali Koreya prezidenti hətta aprelin 15-də babası, ölkənin qurucusu Kim İr Senin doğum günündə də gözə dəyməmişdi. Bundan sonra Qərb mətbuatında onun ölüm ehtimalından yazmağa başlamışdılar.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar