Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kişi hamilə qaldı: "Çox bəxtəvərəm..." -FOTO

Tarix: 09-01-2017 12:55     Baxış: 5429 A- / A+
Kişi hamilə qaldı: "Çox bəxtəvərəm..."


Hamiləliyin 4-cü ayındayam. Çox bəxtəvərəm. Nəhayət ki, arzum gerçəkləşdi.

İngiltərənin Qloçester şəhərinin sakini, 20 yaşlı Hayden Kross "Asda" supermarketlər şəbəkəsinə daxil olan marketlərdən birində çalışırdı.

O, qadın doğulmuşdu. Lakin sonradan cinsiyyətin dəyişdirilməsi əməliyyatına məruz qalaraq kişi olub.

Əməliyyatdan sonrakı hormonal terapiya kursunu hələ başa vurmamış Hayden Krossun dediyinə görə, həyatının arzusunu gerçəkləşdirib, hamilə qalıb.

O, donor vasitəsilə hamilə olub və donoru da Facebook vasitəsilə tapıb.

"Övladımın olmasını istəyirəm. Arzumun reallaşmasına az qalıb. Uşağımı dünyaya gətirəcəyəm, üstəlik, onun atası olacağam", - Hayden deyib.

Hamilə transseksual H.Krossun sözlərinə görə, cinsiyyətin dəyişdirilməsi əməliyyatı, habelə əməliyyat sonrası kurslar və terapiya ona 29 min funt-sterlinqə başa gəlib.

Daha sonra isə o, hormonal terapiyanın sürətləndirilməsi üçün əlavə olaraq 4 min funt-sterlinq ödəyib.

"Donoru sentyabrda Facebook vasitəsilə tapdım. Sonra yerli xəstəxanada süni mayalanma əməliyyatına məruz qaldım. Donorun kimliyini, ad və soyadını bilmirəm. Sözün açığı, mənə önəmli də deyil. Önəmli olan hamilə qalmağımdır", - Hayden Kross deyib.

Haydenin anası Kristina da olaya sevindiyini söyləyib.

Dünyada hamilə qalan ilk kişi ABŞ-ın Arizona ştatında yaşayan Tomas Bitidir. O da əvvəllər qadın idi və əməliyyatlar nəticəsində cinsi mənsubluğunu dəyişib.Milli.Az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar