Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

FTB yanlışlıqla 11 Sentyabr şübhəlisinin adını AÇIQLADI

Tarix: 13-05-2020 14:34     Baxış: 4261 A- / A+
FTB yanlışlıqla 11 Sentyabr şübhəlisinin adını AÇIQLADI


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 11 sentyabr 2001-ci il tarixdə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə təşkil olunan terror hücumunda terrorçulara kömək etməkdə şübhəli bilinən səudiyyəli hökumət rəsmisinin adını "yanlışlıqla" açıqlayıb.

Yahoo News xəbər verir ki, adı açıqlanan şəxs 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində çalışmış Mussaed Əhməd əl-Cərrahdır. Onun adı hadisə qurbanlarının ailələrinin açdığı cinayət işlərinin birində hallanıb və qurum silməyi unutduğu üçün ən böyük sirlərdən biri ifşa olub.

FTB-nin yüksək vəzifəli bir məmuru tərəfindən qələmə alınan və bu həftə ictimaiyyətə açıqlanan sənəddə əl-Cərrahın 11 Sentyabr hadisələrində Əl-Qaidə üzvü olan iki nəfərə yardım etdiyinə dair ciddi şübhələr olduğu qeyd olunub. Sənəddə həmçinin onun hazırda harda olduğuna dair məlumat olmadığı bildirilib.

11 Sentyabr Hücumu Qurbanları sözçüsü Brett İqlson isə bunun hadisəni araşdıran FTB agentlərinin terrorçularla Səudiyyə Ərəbistanı səfirliyi arasındakı əlaqələri ört-basdır etdiyinə dair ciddi bir dəlil olduğunu deyib.

Xəbərin yayılmasından sonra FTB sözügedən sənədi qovluqdan çıxarıb və yanlışlıqla qoyulduğunu açıqlayıb./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar