Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada mühacir Ukrayna hökuməti yaradılacaq

Tarix: 09-01-2017 11:02     Baxış: 4354 A- / A+
Rusiyada mühacir Ukrayna hökuməti yaradılacaq


“Ukraynanın Qurtuluşu Komitəsi” 2014-cü ildə Ukraynada dövlət çevrilişi faktını tanıyan Moskva məhkəməsinin qərarından sonra beynəlxalq məhkəmələrə müraciət edəcək.
Manevr.az xəbər verir ki, bu haqda Ukraynanın keçmiş baş naziri, hazırda Rusiyada yaşayan Nikolay Azarov bu ölkənin “İzvestiya” nəşrinə bildirib.
“Biz sonrakı addımları atmağa mütləq çalışacağıq. Beynəlxalq məhkəmələrə müraciət etməyi və onlara materialları təqdim etməyi planlaşdırırıq. Bu sənədlərə Moskva məhkəməsində baxılıb. Bunlar sənədlərin böyük hissəsidi”, - siyasətçi nəşrə deyib.
Sabiq baş nazir həmçinin bildirib ki, mühacirətdə Ukrayna hökumətinin yaradılmasını tamamilə real hesab edir. O əlavə edib ki, ölkədə bunun üçün lazımı ilkin şərtlər yaranmalıdır.
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də Moskvanın Doroqomilovski rayon məhkəməsi Maydan hadisələri ilə bağlı Ukrayna Ali Radasının keçmiş üzvü Vladimir Oleynikin iddiasını təmin edib. Məhkəmə Kiyevdəki Maydan hadisələrini “dövlət çevrilişi” kimi tanıyıb. Hakimin sözlərinə görə, qərar məhkəmə tərəfindən toplanan çoxsaylı sübutlar əsasında verilib.
O vurğulayıb ki, Rusiya Federasiyası Ukrayna və Rusiya xalqları arasında “unikal münasibətlər”ə istinad edərək Ukrayna inqilabına hüquqi qiymət verməyə məcbur olub. Məhkəmənin qərarında bildirilir ki, ABŞ və Avropa İttifaqının dəstəyi ilə Ukraynada baş tutan konstitusiya əleyhinə çevriliş cəmiyyətin parçalanmasına və silahlı konfliktin yaranmasına gətirib çıxarıb.
Maydan hadisələri zamanı Rusiyaya qaçan Ukraynanın sabiq baş naziri daha əvvəl – ötən ilin fevralında bildirib ki, “ölkənin dirçəlişi planının reallaşdırılması” üçün Ukraynaya qayıtmağı düşünür.
Onun sözlərinə görə, Ukraynada baş verən hadisələri diqqətlə izləyir və insanlarla ünsiyyət saxlamaqda davam edir. Azarov Ukraynada sistemli dövlət idarəçiliyinin olmadığını qeyd edib.
Bundan başqa, Azarov Ukraynanın “qurtuluşu üçün” absurd ideyanı - Ali Radanın yeddinci çağırışının bərpa edilməsini təklif edib. Sabiq baş nazir əmindir ki, vəkalət müddəti 2017-ci ildə başa çatacaq Ali Radanın yeddinci çağırışı Ukraynada yeganə qanuni hakimiyyət orqanıdır.
“Konstitusiyada heç bir prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı nəzərdə tutulmayıb. Amma bu postu Turçinov qanunsuz tutdu. Yeddinci çağırış Ali Radanın səlahiyyətləri bərpa edilməlidır”, - Azarov vurğulayıb.Publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar