Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran hərbçiləri bu dəfə səhvən öz gəmilərini vurdular

Tarix: 11-05-2020 09:17     Baxış: 4191 A- / A+
İran hərbçiləri bu dəfə səhvən öz gəmilərini vurdular


İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.

Manevr.az apa-ya istinadla bildirir ki, bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:

“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.

Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.

Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.

Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar