Xəbər lenti
Əhalisi ən çox olan iki ölkənin hərbçiləri dalaşdılar
Şənbə günü Hindistan və Çin hərbçiləri sərhəddə dalaşıblar.
PTI agentliyinin verdiyi məlumata görə, hər iki tərəfdən 150-yə qədər hərbçinin əlbəyaxa dava-dalaşı Hindistanın Sıkkım ştatının Çinlə sərhədində baş verib.
Hazırda dava-dalaşda iştirak edən hər iki ölkənin hərbçiləri hadisə yerindən uzaqlaşdırılıblar. Münaqişə iki ölkənin bölgədəki komandirlərinin danışıqlarından sonra başa çatıb.
İlkin məlumata görə, tərəflər odlu silahdan istifadə etməyib, dava-dalaş zamanı bir-birlərinə daş-kəsək atıblar.
Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar