Xəbər lenti
“Onlar istədilər ki, Zelenski məni...”– Saakaşvilidən şok açıqlama
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri təyin edilməsini “fövqəladə hadisə” adlandırıb və ölkənin “bataqlıqdan çıxarmaq” lazım olduğunu söyləyib.
Manevr.az xəbər verir ki, Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenski ilə uzun və maraqlı görüşdən və onun köklü dəyişikliklərə qətiyyətli münasibətindən danışıb.
“Məni bu posta təyin etməsi faktı göstərir ki, o, fövqəladə addımlar atmağa hazırdır. Bunun baş verməməsi – mövcud durumu saxlamaq üçün ona müqavimət göstərdilər. Ölkədəki mövcud status-kvonun saxlanılmasını istəyənlər var, amma bu status-kvo bataqlıqdır. Ukraynanın bataqlıqdan çıxarılmasına ehtiyac var. Bunu yalnız heç vaxt oğru olmayan və heç vaxt olmayacaq bir prezident edə bilər. Əminəm ki, Prezident Zelenski belə birdir”, - sabiq prezident vurğulayıb.
Saakaşvili Zelenskiyə mümkün qədər kömək etməyə hazır olduğunu bildirib:
“Əsas iş indi başlayır. Ali Rada ilə, hökumətlə, vətəndaş cəmiyyəti və bizneslə yaxşı bir əməkdaşlıq olmadan biz müvəffəq olmayacağıq, ancaq müvəffəq olmalıyıq”.
Ukrayna Prezidenti Vladimir Zelenski Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin sözügedən vəzifəyə təyin edilməsi haqqında sərəncamı bir gün əvvəl imzalayıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar