Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR

Tarix: 02-05-2020 12:14     Baxış: 4263 A- / A+
Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR


İrqçiliyin hökm sürdüyü bir zamanlar Amerikada balaca qaradərili oğlan yaşayırdı. O, qaradərililərin insan sayılmadığı bir vaxtda uzaq 1929-cu ildə doğulmuşdur. Elektrik stuluna bağlanıb, edam edildikdə isə onun cəmi 14 yaşı vardı.

Məhkəməsinin başlanğıcından, öldürüləcəyi günə qədər günahsız olduğunu deyərək, hər zaman əlində incil ilə gəzirdi. O, 11 yaşlı Betti və 7 yaşlı Mari adlı qızları qətlə yetirməkdə günahlandırılırdı. Səbəb isə hadisə zamanı sadəcə qızların evlərinin yaxınlığında tapılmağı idi.

Corc haqqında verilən ədalətsiz qərarda məhkəmə jürilərinin böyük rolu vardı. Onlar hamısı ağdərili idilər və Stinini günahkar sayırdılar. Onların fikrincə, Corcun qaradərili olması, artıq onu günahkar edirdi.

Corcun məhkəməsi cəmi 2 saat çəkib və 10 dəqiqə ərzində qərar verilmişdir: Günahkar! Beləcə, 14 yaşlı uşaq ədalətsiz olaraq ölüm hökmünə məhkum edildi.

Ən dəhşətlisi isə 14 yaşlı Corc öldürülməzdən əvvəl 81 gün valideynlərini görə bilməməsi idi. O, yaşadığı yerdən 80 km uzaqda idi və onu müdafiə edən bir vəkil belə yox idi.

1944 –cü ildə Stini elektrik stuluna oturdulur. Corcun cəmi 40 kiloqram çəkisi və 1.55 boyu var idi. Onun ölçüləri elektrik stuluna uyğun deyildi. Corcun boyunu uzatmaq üçün əlindəki İncil kitabını onun altına qoyurlar. Başına 5380 volt elektrik gərginliyi verilərək əzab içində, 4 dəqiqəyə dünyasını dəyişir.

Ölümündən 70 il sonra Stininin günahsız olduğu Cənubu Karolinadakı bir hakim tərəfindən sübut edilir. İki qızın qətlində istifadə edilən alət 19.07 kioqramdan daha ağır idi. 40 kiloqram çəkisində olan uşağın bunu qaldırması mümkünsüz idi.

Beləliklə, 70 il sonra Corc Stini mənəvi azadlığa qovuşur./ölkə.az

Manevr.az


Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR
Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR
Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR
Elektrik stuluna oturulan ən gənc məhkum, 14 yaşlı günahsız, qaradərili — Corc Stini - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar