Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Koronavirus necə yaradılıb? - ABŞ kəşfiyyatından önəmli açıqlama

Tarix: 01-05-2020 09:27     Baxış: 3226 A- / A+
Koronavirus necə yaradılıb? - ABŞ kəşfiyyatından önəmli açıqlama

ABŞ kəşfiyyatı COVID-19 koronavirusunun süni yaradılmadığı qənaətindədir.

Manevr.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məlumat yayıb.

“ABŞ kəşfiyyatı COVID-19 virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır. Xəstəliyinin heyvanla təmas və ya Uhan şəhərindəki laboratoriyada baş verən insident nəticəsində yayıldığını müəyyən etmək üçün əldə olunan informasiya və kəşfiyyat məlumatları araşdırılır”, - deyə ofisin məlumatında bildirilir.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo dəfələrlə Çini virusun mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib. Mayk Pompeo Pekini koronavirusun təhlükəli infeksiya xəstəlikləri üzrə tədqiqatların aparıldığı Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması ehtimalı barədə açıqlama verməyə çağırıb.

Milli Kəşfiyyat direktorunun ofisi Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu da daxil olmaqla ABŞ-ın 17 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edir.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uhan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb.

Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronovirusun yayılmasını pandemiya elan edib.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar