Xəbər lenti
Bu ölkədə hərbi qiyam olub
Yanvarın 7-də səhər saatlarından etibarən Kot-Divuarın ən böyük ikinci şəhəri olan Buakedə atışma və partlayış səsləri eşidilir.
Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, yanvarın 6-da burada əməkhaqlarının qaldırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən ehtiyata buraxılmış əsgərlərin üsyanı başlayıb. Etirazçılar silah anbarlarını ələ keçirib, həmçinin Burkina-Faso və Malidən yüklərin gətirilməsi üçün istifadə olunan əsas yolları nəzarətə götürüb. Şəhər demək olar ki, qiyamçıların nəzarəti altındadır.
DAloa və Korhoqo şəhərlərindəki hərbçilər də qiyama qoşulub. Onlar şəhərlərin küçələrinə çıxıb, təhlükəsizlik qüvvələrinin qulluqçuları isə öz postlarını tərk ediblər. Abican şəhərində yerləşən hərbi qərargahdan verilən məlumata əsasən, Buake şəhərindəki hərbçilərə kömək göndərilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































