Xəbər lenti
Paşinyanla yeyib-içən sərxoş müavini və idarə direktoru yumruq davasına çıxdı...
Bu yaxınlarda Ermənistan Baş nazir Nikol Paşinyanın gözü qarşısında sərxoşluq edən Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibbi Texnologiyalar Ekspertizası Mərkəzinin direktoru Vilen Qabrielyan arasında insident baş verib.
Manevr.az xəbər verir ki, bu haqda işğalçı ölkənin Politik.am saytı məlumat yayıb.
Hökümətin yay evində Paşinyanla birgə alkoqollu içki qəbul etdikdən sonra T.Avinyan və V. Qabrielyan arasında mübahisə o qədər kəskinləşib ki, yumruq davasına keçib. Baş nazirin müavini onu sakitləşdirmək üçün V.Qabrielyana tərəf bir stəkan atıb. İnsidentdə Ərazi İdarəetmə və İnkişaf naziri Suren Papikyan da iştirak edib.
Bütün bunlar Nikolay Paşinyanın gözləri qarşısında baş verib. Komanda yoldaşlarını sakitləşdirmək üçün Baş nazir mühafizəçilərdən kömək istəyib.
Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəblə hökumət bağ evini tərk edərək artıq bu vəziyyətə dözmək niyyətində olmadığını bildirib.
İnsidentin əsl səbəbi açıqlanmır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar