Xəbər lenti
Rusiya dəhşətli vəziyyətlə ÜZ-ÜZƏ: Putin çıxış yolu tapa bilmir
Koronavirus pandemiyası Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Prezident Vladimir Putin 2009-cu ildə yaşanan qlobal maliyyə böhranından daha çətin vəziyyətin olacağını, Beynəlxalq Valyuta Fondu (BMF) isə Rusiya iqtisadiyyatının bu il 5,5 faiz kiçiləcəyini proqnozlaşdırır. Keçmiş maliyyə naziri Aleksey Kudrin işsizlərin sayının 2,5 milyondan 8 milyona qədər artacağını bildirir. Bütün bunların fonunda hökumətin neft gəlirlərindən əldə edilən 165 milyard dollar rezervdən istifadə etmək istəməməsi tənqidlərə səbəb olub.
Publika.az xəbər verir ki, mütəxəssislər vəziyyətin daha böhranlı olacağını hesab edirlər.
Paris Siyasi Elmlər Akademiyasının (Sciences Po) iqtisadçı professoru Sergey Quriyev atılan addımların yetərli olmadığını bildirib.
“Pandemiyaya görə iqtisadi azalma 6-10 faiz arası olacaq. İqtisadi tədbirlər də kifayət qədər deyil. Rusların 70 faizinin yığımı yoxdur və sosial problemləri olduqca çoxdur. Fikrimcə, BMF-nin Rusiya iqtisadiyyatının 5,5 faiz azalacağı proqnozu olduqca pozitivdir. Əgər neft qiymətləri indiki səviyyədə qalarsa, Rusiya iqtisadiyyatı daha böyük zərbə alacaq. Dövlət büdcəsində ciddi kəsirlər yaranacaq. Dövlət rezervləri buna görə xərcləmək istəmir”, - Quriyev bildirib.
Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq ticarət kafedrasının professoru Tatyana İsaçenko Rusiyanın rezervlərinin kifayət qədər olduğunu, lakin bu rezervləri necə istifadə etməyi bilmədiklərini hesab edir: “Dəyən zərəri hesablamaq çətindir. Ən çox zərəri turizm, restoranlar, qida sektoru və kiçik sahibkarlar görəcək”.
Rusiya Milli İqtisadiyyat Akademiyasının (RANEPA) maliyyə mühəndisliyi bölümünün rəhbəri, Mərkəzi Bankın keçmiş sədr müavini, professor Konstantin Korişçenko bildirib ki, ölkə iqtisadiyyatında bu il 2 faiz inkişaf proqnozlaşdırılırdı, amma indi 5-7 faizə qədər azalma olacaq: “Büdcə kəsiri 5 faizə qədər arta bilər”.
Rusiyada böyük şirkətlər dövlətdən dəstək gözləyir, amma neft qiymətlərinin aşağı düşməsi hökuməti çətin vəziyyətə salıb. Bunun fonunda əsas gəlir qaynağı olan “Qazprom”un da gəlirləri 17 faiz azalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar