Xəbər lenti
Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi proqnozlaşdırdı
Milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus pandemiyasından sonra dünyanın nə zaman əvvəlki vəziyyətə qayıda biləcəyini proqnozlaşdırıb.
Manevr.az xəbər verir ki, o, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində danışıb. “Microsoft” qurucusunun sözlərinə görə, virusun bütün nəticələrini tam aradan qaldırmaq üçün toplumlara bir ildən iki ilə qədər vaxt lazımdır. Beləliklə, pandemiyanın ilk mərhələsindən çıxmaq üçün infeksiyanın irəliləməsinin eksponensial mərhələsinə qayıtma riskini aradan qaldıran fəaliyyət sistemi qurmaq lazımdır. Milyarder bildirib ki, insanlar yoluxma ehtimalından özlərini qorumaq üçün bir müddət davranışlarına diqqət edəcək və bu davranış qaydaları kəskin şəkildə dəyişəcək.
“Müalicənin və ya peyvəndlərin ölümün qarşısını ala biləcəyi sübut edilməyincə, hətta hakimiyyətin qərarları da onları stadionlara qaytarmayacaq”, - deyə o əlavə edib.
Biznesmen hesab edir ki, normal həyata qayıtmaq üçün əsas addım peyvəndin hazırlanması olacaq. Bill Melinda Qeyts vəqfinin bu prosesdə iştirak etdiyini xatırladıb, eyni zamanda ABŞ Prezidenti Donald Trampın təşkilatın maliyyələşdirilməsini dayandırmaq qərarını tənqid edib. O, Amerikanın COVID-19 diaqnozu və müalicəsi üçün texnologiyaların inkişafını sürətləndirməyə yönəlmiş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəklədiyi qlobal təşəbbüsə qoşulacağına ümid etdiyini də bildirib.
Xatırladaq ki, aprel ayının əvvəlində Qeyts vətəndaşların may ayının sonu və ya iyun ayında normal həyata qayıda biləcəyini, ancaq pandemiyanın nəticələrinin uzun müddət davam edəcəyini açıqlamışdı.
“Microsoft” un qurucusu həyat yoldaşı Melinda ilə birlikdə COVID-19-la mübarizə aparmaq üçün 100 milyon dollar ianə edib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar