Xəbər lenti
Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilən koronavirus xəstəsi Emrullah Gülüşkenin qızı Leyla ilə ilə telefonda danışıb.
Manevr.az xəbər verir ki, bu barədə Ərdoğan Tvitter səhifəsində paylaşım edib. Prezident koronavirus testi pozitiv çıxan, ancaq heç bir xəstəxanaya qəbul olunmayan və dərhal ölkəsinə gətirilən Türkiyə vətəndaşı Emrullah Gülüşkenin səhhəti ilə yaxından maraqlanacağını bildirib.
“Bu dövlət millətinin Məcnunudur. Sevdiyi qürbətdə olsa da, onu əsla tək qoymaz”, - deyə Ərdoğan bildirib.
Leyla Gülüşken də Tvitter səhifəsində Ərdoğana təşəkkürünü bildirib: “Hər zaman mənim qəhrəmanım oldunuz. Rəbbim size başımızdan əksik etməsin, cənab Prezidentim”.
Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı
Qeyd edək ki, 47 yaşlı Emrullah Gülüşkenin İsveçdə heç bir xəstəxana tərəfindən qəbul olunmadığı ilə bağlı sosial şəbəkədə qızları Samirə və Leyla Gülüşken çağırış edərək Türkiyədən yardım istəmişdilər. Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Fəxrəddin Qoca dərhal hərəkətə keçərək Emrullah Gülüşkenin Türkiyəyə gətirilməsinə təlimat vermişdi./qafqazinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar