Xəbər lenti
Şimali Koreya Kim Çen İnin ölümünü — TƏKZİB ETDİ
Koreya Dostluq Assosiasiyasının rəhbəri, diplomat Alexandro Kao de Benos KXDR lideri Kim Çen İnin ölümüylə bağlı xəbərlərə münasibət bildirib.
Manevr.az xəbər verir ki, o, bu xəbərlərin şayiə olduğunu bildirib.
"Marşalımızın ölümü barədə söz-söhbət yalandır və qərəzlidir", - Bloomberg diplomatın sözlərini sitat gətirib.
Qeyd edək ki, şənbə günü "New York Post” Şimali Koreya lideri Kim Çenin ürək əməliyyatına dözə bilməyərək öldüyünü bildirib. Bu barədə Yaponiya mediası da məlumat verib.
Daha sonra KXDR Dövlət Radiosu Şimali Koreya lideri Kim Çenin aktiv şəkildə fəaliyyətini davam etdirdiyini bəyan edib. Bu barədə Cənubi Koreyanın "Renhap” agentliyi yazıb.
"Yoldaş Kim Çen İn Samçjiyön şəhərinin yaradılmasına ürəkdən kömək edən işçilərə və əməkdaşlara təşəkkürlərini çatdırıb", - xəbərdə deyilib./qaynarinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar