Xəbər lenti
Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı
Həkim və televiziya aparıcısı Yevgeni Komarovski koronavirus pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətləri zəiflətməyin mümkün olduğu şərtləri sadalayıb.
Manevr.az xəbər verir ki, həkim bu barədə yutub kanalında danışıb. Komarovski hesab edir ki, xəstəxanalar müalicəyə ehtiyacı olan bütün xəstələri təhlükəsiz müalicə edə bilməlidir.
“Daha doğrusu həkimin iki xəstədən hansını nəfəs aparatına qoşmaq seçimi olmamalıdır. Bundan əlavə, karantin tədbirlərini zəiflətmək və aradan qaldırmaq üçün ən azı 14 gün ərzində yoluxma hallarının davamlı azalması qeyd edilməlidir” , - deyə həkim izah edib.
Komarovski qeyd edib ki, bu, dövlətin kütləvi şəkildə testləri sınaq keçirərsə mümkün ola bilər. Odur ki, həkim izləyiciləri yalnız yeni infeksiyaların sayına deyil, aparılan testlərin sayına da diqqət yetirməyə çağırdı.
Komarovskinin fikrincə vəziyyətin ciddiliyini göstərə bilən iki göstərici var: reanimasiya şöbələrində xəstələrin sayı və sınaqdan keçmişlər arasında müsbət diaqnoz faizi.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar