Xəbər lenti
Bu ölkədə koronavirusdan 41 min insan ölmüş ola bilər
Britaniya Krallığında koronavirusdan ölənlərin sayı 41 mindən çox ola bilər.
Bu iddia “Financial Times” qəzetində yer alıb.
Xəbərdə bildirilib ki, hazırda rəsmi statistikalar pandemiyadan 17 min 337 nəfərin öldüyünü göstərir, amma ölkədə bu rəqəmin iki qatı qədər insanın infeksiyaya qurban gedəcəyi ehtimal olunur.
Milli Statistika Komitəsinin bilgilərinə yer verilən xəbərdə qeyd olunub ki, 3-10 aprel həftəsində 18 min 516 nəfər ölüb. Halbuki bu dövrlə bağlı son 5 ilin orta statistikası 10 min 520 olub. Bu rəqəmlər diqqətə alınaraq hesablamalar aparılıb və 21 aprelə qədər ölkədə qeydə alınan ölümlərin 41 min 102 olduğu ortaya çıxıb.
Qeyd edək ki, Britaniyada yalnız xəstəxanada gerçəkləşən ölümlər əsas götürülür.
Son rəqəmlərə görə, ölkədə 129 min 44 nəfər infeksiyaya yoluxub./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar