Xəbər lenti
Koronavirusun dərmanı Madaqaskarda tapıldı – Yoxsullara pulsuz veriləcək

Madaqaskar prezidenti Andrey Racolina koronavirus dərmanını tapdıqlarını açıqlayıb.
Manevr.az xəbər verir ki, "Covid Organics" adlanan dərman Madaqaskar Tədqiqat İnstitutu tərəfindən dərman bitkilərindən hazırlanıb.
Prezident dərmanı Antananarivuda təşkil olunana mətbuat konfransı zamanı kameraların qarşısında içib: "Bu gün bu dərmanın heç kimi öldürmədiyini,hətta sağaltdığını sübut etmək üçün qarşınızda içirəm".
Ölkə başçısı bildirib ki, sözügedən dərman testdən keçib və bugünədək 2 xəstəni sağaldıb. Ölkə başçısı dərmanın geniş təbliğatını apararaq bitki çayının 7 gün ərzində effekt verdiyini deyib.
Bildirək ki, Racolina bu barədə həm də "Twitter"də paylaşım edib. Onun sözlərinə görə, dərman çox münasib qiymətə satılacaq,ondan əldə olunan gəlir isə dərmanın daha da inkişafı üçün xərclənəcək. Lakin yoxsullar bunu pulsuz əldə edə biləcəklər. Diqqətə çatdırmaq lazımdır ki, bugünədək dərmanın COVİD-19-a qarşı spesifik təsir olması ilə bağlı hər hansı elmi araşdırma aparılmayıb. Həmçinin bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki tərkibli dərmanların koronavirus simptomlarının yüngülləşdirdiyini,ancaq tamamilə aradan qaldırması ilə bağlı heç bir sübutun olmadığını açıqlayıb.
Qeyd edək ki, Madaqaskarda 39 nəfər müalicə alaraq koronavirusu məğlub edib, 83 nəfər isə aktiv virus daşıyıcısıdır.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar