Xəbər lenti
Köçəryanın adamı baş nazir olur :Taxt oyunları

Ermənistanın hakim dairələrində Armen Gevorkyanın yeni baş nazir təyin edilməsi məsələsi müzakirə edilir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzetin iddiasına görə, Gevorkyan Serj Sərkisyanın tabeliyində olmaq istəmir:
“Gevorkyan iyunun 6-da Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edilib. Keçən həftə isə Serj Sərkisyanın əmri ilə bu müəssisə Prezident Aparatına tabe edilib. Əhalinin artan etirazları hökumətin müəyyən yumşalmasına səbəb olub. Armen Gevorkyan isə Prezident Aparatına tabe olan Milli Təhlükəsizlik Şurasının katibi olmaq istəmir”.
Qeyd edək ki, bundan öncə “Qraparak” qəzeti Gevorkyanın Prezident Aparatının rəhbəri vəzifəsinə gətiriləcəyi haqqında informasiya yayıb.
Gevorkyan eks-prezident Robert Köçəryanın əsas kadrlarından hesab olunur. O, Köçəryanın dövründə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar