Xəbər lenti
Şok qərar: Rusiya Gürcüstan sərhədlərinə qoşun yığır – Karvan yola düşdü

Rusiya Qara dəniz Donanmasının Ukraynanın işğal edilmiş Krım bölgəsindəki radiasiya, kimyəvi və bioloji müdafiə bölmələrini Abxaziyaya köçürür.
Bölmələrin koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində bölgədə yerləşdiriləcəyi bildirilib.
“13 xüsusi nəqliyyat vasitəsindən ibarət bir karvan, o cümlədən mobil aerozol dezinfeksiya sistemləri, “ARS-14M” yanacaqdoldurma stansiyaları və reaktiv mühərrikli “TMS-65U” sistemlər Krım yarımadasından Abxaziya Respublikasına doğru gedir”, - məlumatda qeyd edilib.
Bölgədə aparılacaq dezinfeksiya işlərində Abxaziyadan olan həkimlərlə yanaşı, rusiyalı mütəxəssislərin də iştirak edəcəyi diqqətə çatdırılıb.
Bundan əlavə, Cənub-Şərqi Hərbi Dairə qoşunlarının komandanı general-polkovnik Aleksandr Dvornikovun qərarı ilə Abxaziyda ərazi və texnikanın xüsusi işlənməsi üçün ehtiyat batalyonlar yaradılıb.
Əlavə edək ki, Abxaziya 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsi ilə Gürcüstandan ayrılaraq, öz müstəqilliyini elan edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar