Xəbər lenti
Qubernator Trampın qərarına qarşı: "Tabe olmayacam"

Nyu-York ştatının qubernatoru Endryu Kuomo yeni növ koronavirusun yayıldığı vaxtda ABŞ Prezidenti Donald Trampın ştatda karantini aradan qaldırmaq və işləri bərpa etmək barədə heç bir əmrinə tabe olmayacağını bildirib.
CNN-ə müsahibəsində Nyu-York qubernatoru deyib ki, ştat və federal hökumət arasında münasibətlər konstitusiyada öz əksini tapıb və belə bir hal baş verərsə, bu məsələyə məhkəmədə baxılacaq.
“Bu, hazırkı zamanda baş verəcək ən pis şey olardı. Mən bilirəm ki, bu, Tramp üçün həm də siyasi məsələdir. O, bu il seçkilərə gedir. Ancaq bu, qırmızı xətdir. Bu məsələ Respublikaçılar və Demokratlar arasındakı məsələ deyil. Söhbət amerikalıların həyatından gedir. İndiyədək mənim ştatımdan 9000 nəfərdən artıq şəxs koronavirusdan vəfat edib”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti son brifinqdə deyib ki, onun bütün ştatlar üzərində ümumi səlahiyyəti var. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar