Xəbər lenti
Benzin və qaz bahalaşdı - GÜRCÜSTANDA
Bu il yanvarın 1-dən Gürcüstanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb.
2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-dək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.
Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.
Bu gün qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılıb. Belə ki, “Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), “Qamma”, “Formula” məntəqələrində 1,46 lari, “Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb.
Ən ucuz qiymət SOCAR-ın qazdoldurma məntəqələrində qeydə alınıb - 1,44 lari.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları Şurasının sədri Vano Mtvralaşvili bildirib ki, 2017-ci il yanvarın 1-də ölkəyə gətirilən bəzi məhsullara tətbiq olunan aksiz vergilərinin dərəcəsi artırılıb. Yanacaqdoldurma məntəqələrində təbii qazın qiymətinin artması yeni ildə aksiz vergisinin artması ilə əlaqədardır.(report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar