Xəbər lenti
Ermənistan və İsrail koronavirusa görə Türkiyədən yardım istəyiblər
Ermənistan və İsrail Türkiyə hökumətindən koronavirusla mübarizə üçün yardım paketi istəyiblər.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
“Bu cür müraciətlər İsrail və Ermənistan tərəfindən gəlib. Bu məsələdə biz siyasi münasibətlərdən asılı olmayaraq, ölkələr arasında ayrı-seçkilik etmirik. COVID-19 fövqəladə bir vəziyyətdir”, – deyə Kalın bildirib.
Qeyd edək ki, rəsmi Ankaranın hər iki dövlət ilə siyasi münasibətləri gərgin olaraq qalmaqdadır. Dağlıq Qarabağ münaqişəsi və I Dünya Müharibəsi müddətində ermənilərin köçürülməsi zamanı baş verən hadisələrə rəsmi Yerevanın “soyqırımı” statusu verməsi səbəbilə iki ölkə arasında siyasi və diplomatik münasibətlər ümumiyyətlə mövcud deyil.
Digər tərəfdən, İsrailin Fələstin problemindəki mövqeyi Türkiyə ilə münasibətləri gərginləşdirən əsas məsələdir. qazet.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar