Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniya koronavirusdan müalicə üçün dərmanın hazır olacağı tarixi açıqladı

Tarix: 12-04-2020 11:08     Baxış: 5201 A- / A+
Almaniya koronavirusdan müalicə üçün dərmanın hazır olacağı tarixi açıqladı


Almaniya Tibbi Ləvazimatlar və Məhsullar İnstitutu (BfArM) yeni tip koronavirsua (Covid-19) qarşı dərman vasitəsinin ilin sonuna qədər hazır olacağını açıqlayıb.

Manevr.az-ın xəbərinə görə, bunu “Bonner General-Anzeiger” qəzetinə müsahibəsində BfArM rəhbəri Karl Broyx bildirib.

Almaniyada dərmanların leqallaşdırılmasına cavabdeh olan qurumun rəhbəri deyib ki, hələlik koronavirusa qarşı peyvənd və dərman yoxdur, indiyə qədər hər hansı preparatın xəstəliyin müalicəsində effektivliyi təsdiqlənməyib. Karl Broyx qeyd edib ki, koronavirus yayılandan sonrakı dövr ərzində BfArM-a çoxlu sayda müraciət daxil olub və artıq mövcud olan 8 dərmanın xəstələr üzərində klinik sınağının keçirilməsinə icazə verilib. BfArM bir neçə həftə sonra tədqiqatların ilk etibarlı nəticələrinin əldə olunacağını proqnozlaşdırır: “Əgər əldə edilən nəticələr inandırıcı olsa, biz ilin sonuna qədər həmin dərman vasitəsinin tətbiqi barədə razılıq verə bilərik”.

BfArM rəhbəri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə “Remdesivir” dərman vasitəsinin də bir neçə klinik sınağının keçirildiyini nəzərə çatdırıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar