Xəbər lenti
Rusiyada həbsxanada üsyan başladı: məhkumlar binanı yandırdı
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən 300 nəfərin saxlandığı həbsxadana üsyan başlayıb.
Buna səbəb nəzarətçilərin məhkumlarla pis rəftar etməsi olub. Axtarış aparılmasına icazə verməyən məhkumlarla nəzarətçilər arasında baş verən qarşıdurma nəticəsində 1 məhkum qolundan yaralanıb. Bundan sonra 17 məhkum damarını kəsərək etiraz edib. Bunu eşidən digər kameralardakı məhkumlar da aksiyaya qoşulublar. Onlar təhlükəsizlik kameralarını qırıblar.
Nəticədə həbsxanada böyük üsyan başlayıb. Gecə saatlarında qarşıdurma böyüdükdən sonra məhkumlar həbsxananı yandırıblar. Çox sayda məhkum yaralanıb.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polislərin bir qismi içəri girərərk, yanğına müdaxilə edib və məhkumlardan bəzilərini zərərsizləşdirib. Digər böyük bir qismi isə yanğın səbəbindən içəri girə bilmir. Hələ tam şəkildə nəzarət altına alına bilməyən üsyanın yatırılması üçün müdaxilələr davam etdirilir.
Rusiyanın İstintaq Komitəsi isə məhkumların pis rəftar səbəbindən üsyan başlatmaları iddialarını rədd edib. Bildirili ki, üsyan məhkumların nəzarətçilərin axtarış aparmalarına müdaxilə etməsindən sonra başlayıb. Faktla bağlı cinayət işi açılıb./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar