Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Amerikaya ağır ittiham - İŞİD-in neft obyektlərini vurmur

Tarix: 04-01-2017 18:51     Baxış: 3423 A- / A+
Rusiyadan Amerikaya ağır ittiham


Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Con Brennanın bəyanatını cavablandırıb. Virtualaz.org xatırladır ki, C.Brennan bəyanatında Rusiyanın Suriyada “yandırılmış torpaq” taktikasından istifadə etdiyini bildirib.

Rusiyalı general-mayor deyib ki, ABŞ-ın başçılığı altında beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD-in yalnız neft sənayesi obyektlərinə zərbə endirmir.

“CİA-nın vəzifəsini başa vuran başçısı Brennana yaxşı məlumdur ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları başlayana qədər, hələ 2012-ci ildən etibarən, beynəlxalq koalisiya qüvvələri mütəmadi və məqsədyönlü şəkildə Suriyanın legitim hökumətinin vəziyyətini ağırlaşdırmaq üçün ölkənin bütün iqtisadi infrastrukturunu dağıdırdı. Nə qədər qəribə də olsa, ABŞ və onun tərəfdarlarının bombardmanlarından yalnız İŞİD-in neft hasilatı obyektləri zərər görməyib. Bu isə terrorçulara qeyri-qanuni neft satışından aybaay onlarla milyon dollar pul qazanmağa və sıralarını bütün dünyadan oraya axışan muzdlularla doldurmağa yardım edib”, - Konaşenkov deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar