Xəbər lenti
SON DƏQİQƏ: koronavirusa qarşı peyvənd hazırlandı
Dünyada 1 milyondan çox insanda aşkarlanan və 53 mindən çoxunun ölümünə səbəb olan koronavirus ilə bağlı ümidverici addım ABŞ-ın Pitsburq şəhərindən gəlib.
Manevr.az xəbər verir ki, Pitsburq Universiteti Tibb fakültəsində aparılan araşdırmalar nəticəsində virusla mübarizə aparan antikor ifraz edən peyvənd hazırlanıb.
“EbioMedicine” dərgisində yayımlanan məqalədə bildirilib ki, peyvənd siçanlar üzərində sınaqdan keçirilib və müsbət nəticə əldə olunub. Yeni tapıntının pandemiyanın sürətini ciddi şəkildə azaldacağına ümid edilir.
Araşdırmanı idarə edən dosent Andrea Qambotto SARS və MERS kimi bənzər epidemiyalar zamanı qazanılan təcrübələr sayəsində vaksini hazırlaya bildiklərini dilə gətirib: “Peyvənd ənənəvi qrip peyvəndi kimi hazırlanıb. Bu yoluxucu protein bədəndə immuniteti gücləndirəcək”.
Peyvənd artıq ABŞ Qida və Dərman İdarəsinə göndərilib, təsdiqi gözlənilir. İcazə verilsə, bir neçə ay içində insanlar üzərində kliniki sınaqlarına başlanılacaq.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar