Xəbər lenti
Koronavirusu ilk aşkar edən infeksionist həkimdən — ŞOK ETİRAFLAR
"Epidemiyanı aşkar etdik və onun qarşısını ala bilərdik, ancaq bizi susdurdular".
COVİD-19 koronavirus infeksiyası simptomları ilə ilk xəstə 2019-cu ilin dekabrın 27-də Uxan şəhər Mərkəzi xəstəxanasına daxil olub. Bu barədə Uhan şəhərinin Mərkəzi xəstəxanasının həkimi Ay Fen Çinin “Jenu” jurnalına müsahibəsində deyir.
Çinli həkim Ay Fenin jurnala verdiyi müsahibəsində xəstə infeksiyanı çox ağrı formada keçirirdi, ancaq onda hansı infeksion xəstəliyin olduğunu müəyyən edə bilmirdik. “Xəstəni 10 gün müalicə etsək də, nəticə vermirdi. Pasiyentin vəziyyəti getdikcə ağırlaşırdı. Bu müddət ərzində bir neçə belə xəstə xəstəxanaya daxil oldu. Laborator analizlər nəticəsində xəstələrin ağ ciyərlərində kəskin respiratorlu bakteriyalar, SARS koronavirus və digər bakterioloji çöplər aşkar edildi. Xəstlərin analizlərinin nəticələri barədə xəstəxananın pulmonolgiya şöbəsinin müdirinə təqdim etdik. O nəticələrə baxdıqdan sonra dedi ki, çox pis...”- həkim bildirib.
Çinli həkim Ay Fen bildirib ki, həmin gecə rəhbərlikdən bir neçə təhdid dolu xəbərdarlıq məlumatı alıb. Ona xəbərdarlıq edilib ki, yeni xəstəlik barədə heç kimə bir kəlmə də deməsin. “Mən bütün gecəni yata bilmədim və baş verənlər barədə düşündüm”- Ay Fen bildirib.
O deyir ki, səhəri gün onu xəstəxananın nizam-intizam komissiyasına çağırıblar və ona və daha digər 8 həkimə orada şiddətli töhmət verilib. Həkimlərin cəzalandırılmasına səbəb isə WeChat vasitəsi ilə yeni xəstəliyi digər xəstəxana həkimləri ilə müzakirə etməsi olub. Ay Fen deyir ki, bütün məsuliyyəti üzərimə götürməyimə baxmayraq, nəticəsi olmadı və digər 8 həkim də cəzalandırıldı.
Ay Fen bundan sonra rəhbərliklə görüşərək tutduğu vəzifədən azad edilməsini istəsə də, rəhbərlikdən yox cavabı alır. “Axşam evə döndükdən sonra ərimə bildirdim ki, əgər başıma bir iş gələrsə, uşaqların tərbiyəsi ilə məşğul ol”- həkim jurnala müsahibəsində deyir.
Bundan sonra həkim koronavirus haqqında hətta yaxınlarına bir kəlmə deməsə də, onlara maska taxıb,insanların çox olduğu yerdə, küçədə gəzməməyi tövsiyyə edir.
Buna baxmayaraq Çin hökuməti yeni virusla bağlı mumdünya Səhiyyə Təşkilatını məlumatlandırır.
Ay Fen yanvar ayında işə çıxır. Həkimlər baş verən hadisələrədən narahat olsa da, real təhlükədən qorunmaq üçün onlar belə xəbərdar edilmir. Bu barədə həkimlər ancaq öz aralarında gizli söhbətlər zamanı bir-birini xəbərdar edib. Bu barədə SMS və ya messencerlə yazmaq qadağan olunub. Hətta həkim və tibb bacılarına qoruyucu maska taxmaq qadağan olunub. Məqsəd panika yaratmamaq olub.
Ay Fen deyir ki, vəziyyət günbə-gün, saatba saat pisləşməyə doğru gedirdi. Xəstələrin sayı getdikcə artırdı. Hətta vəziyyət o həddə çatır ki, tibb işçilərindən biri bu virusa yoluxur.
Ancaq yanvarın 16-da Uhan tibb işçilərinin təcili toplantısında virusun insanlardan bir-birinə keçməsi barədə məsələ gündəmə gətirilir. Yeni koronavirusla bağlı vəziyyət, ancaq 83 yaşlı akademik və 2003-cü ildə SARS koronavirusunu aşkar edən Çjun Nanşan Uhana gəldikdən sonra dəyişir. 83 yaşlı epidomoloq Uhan şəhərinin bütövlükdə epidemiyaya yoluxduğunun şahidi olur. Akdemik yanvarın 19-da yeni növ koronavirus barədə jurnalistlərə açıqlama veri və bundan bir gün sonra - yanvarın 20-də Çin rəhbərliyi kornavirusla bağlı yaranan böhrana qarşı mübarizəni üzərinə götürür. Məhz bundan sonra yeni koronavirusa qarşı ciddi mübarizə başlanılır. Görülən tədbirlərə baxmayaraq xəstələrin sayı sürətlə artırdı.
Ay Fen deyir ki, xəstəxanalarda yer olmadığından, pasientləri dəhlizlərdə yerləşdirməli olurduq. Hətta elə vəziyyət yaranıb ki, xəstələri qəbul etmək çətin olduğundan, onlar xəstəxana yaxınlığında ölüb.
Ay Fen jurnala müsahibəsində etiraf edərək deyir ki, çox təəssüf edirəm mən dekabrda rəhbərliyim tələbinə əməl edərək susdum: “Əgər bilsəydim vəziyyət bu həddə gələcək, onların töhmətlərinə tüpürərək xəstəlik barədə hər gördüyüm insana məlumat verərdim. Bu həyatım bahasına başıma gəlsəydi belə...”
O deyib ki, vaxtında tədbir görülsəydi epidemiyanın qarşısını almaq olardı.
Qeyd edək ki, Ay Fenin müsahibəsi “Jenu” jurnalında martın 10-da çıxır. Həmin müsahibə 3 saatdan sonra jurnalın saytından çıxarılır. Jurnal isə satış köşklərindən yığışdırılır.
Martın 29-da Avstraliyanın “60 Minute Australia” teleproqramı bəzyn edir ki, Ay Fen “Jenu” jurnalına müsahibəsindən sonra yoxa çıxıb./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar