Xəbər lenti
Çinin koronavirus yalanları: İki nəhəng üz-üzə qaldı – Pekindən sərt reaksiya
Çin koronavirus haqqında məlumatların gizlədilməsi iddialarına cavab verib.
Manevr.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin açıqlama yayıb.
XİN-in rəsmi nümayəndəsi bildirib ki, Çin əvvəldən koronavirus infeksiyası ilə bağlı məlumatların verilməsi prosedurunda açıq və məsuliyyətli bir mövqe tutub:
“Bundan əvvəl Amerika media qurumlarında Pompeo və digər amerikalı rəsmilərin pandemiya barədə məlumatların gizlədilməsi və saxtalaşdırılması ilə bağlı fikirlərinə baxdım. Beynəlxalq epidemioloji vəziyyətin qiymətləndirilməsinə gəlincə, bu məsələdə səlahiyyət yalan yayan siyasətçilərə deyil, ÜST və epidemioloqlara aiddir”.
Xanım diplomat Çinin əvvəldən açıq, məsuliyyətli bir mövqe tutduğunu və pandemiya barədə beynəlxalq ictimaiyyətə vaxtında məlumat verdiyini təkrarlayıb.
Bundan əvvəl ABŞ-da fəaliyyət göstərən “Blumberq” agentliyi anonim mənbələrə istinadən, Çinin xəstəlik məlumatlarını az qiymətləndirdiyini iddia edib. ABŞ prezidentinin müşaviri Robert Obrayn da jurnalistlərə açıqlamasında, ABŞ-ın Çindən verilən koronavirus hesabatının doğru olduğunu təsdiq edə bilmədiyini söyləyib.
Çin hakimiyyət orqanlarının rəsmi məlumatına görə, ölkədə cəmi 81 589 nəfər pandemiyaya yoluxub, onlardan 76 408 nəfəri artıq sağalıb, 3318 nəfəri isə ölüb. Amma Çin hakimiyyəti asimptomatik xəstələri ümumi statistikaya daxil etməyib, yalnız aprelin 1-dən dərc etməyə başlayıb. Belə ki, hazırda ölkədə təsdiqlənmiş diaqnozu olan 1075 asimptomatik xəstə tibbi nəzarətdədir.
Çin Dövlət Səhiyyə Komitəsi martın 29 Martda elan etdi ki, pandemiya bütün ölkə üzrə yayılıb./teleqraf.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar