Xəbər lenti
Daha bir epidemiya yayılır: ölənlər var - ÜST AÇIQLADI
Qərbi Afrika ölkəsi Nigeriyada vəba epidemiyası yayılır.
Manevr.az xəbər verir ki, artıq bu səbəbdən ölkənin cənub-şərqində 21 nəfər dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebonyi üzrə koordinatoru Eyo Nora mətbuata verdiyi açıqlamada əyalətdə 155 yoluxma faktının təsdiqləndiyini deyib. O, xəstəliyin rast gəlindiyi bölgələrə tibbi ləvazimatlar və dərmanlar göndərildiyini əlavə edib.
Xalqın epidemiyaya görə təşvişə düşdüyünü ifadə edən Nora simptomlar ortaya çıxanda insanların xəstəxanalara müraciət etməsini tövsiyə verib.
O bildirib ki, vəba təmiz su və gigiyena çatışmazlığından yayılmağa başlayıb.
Nigeriyada təmiz su ehtiyacının qarşılanmaması və tibbi müdaxilənin zamanında, effektiv şəkildə edilməməsi epidemiya və ölüm riskini artırır. Ölkədə uşaq iflici, ishal, meymunçiçək virusu, qızdırma, tifo kimi xəstəliklərə addımbaşı rast gəlinir.
Qeyd edək ki, hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Son rəqəmlərə görə, 936 min 170 nəfər Kovid-19-a yoluxub. 47 min 249 nəfər dünyasını dəyişib. 194 min 578-i sağalıb./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar