Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qəddafi haqqında bilmədiyimiz - 10 FAKT

Tarix: 04-01-2017 14:43     Baxış: 5421 A- / A+
Qəddafi haqqında bilmədiyimiz



Muəmmar Qəddafi 41 il Liviyanı idarə edib.

O, 2011-ci ilin oktyabr ayına qədər, yəni ölümünə qədər ölkəsi üçün bir çox yeniliyə imza atıb. Qəddafi dəfələrlə Afrika ölkələrinin iqtisadiyyatını birləşdirərək möhkəmləndirmək istəyib.

Manevr.az bu gün Qərb mətbuatının işıqlandırmaq istəmədiyi 10 faktı oxucuları ilə bölüşür.

1. Liviyada mənzil hüququ insanın təbii hüququ idi

Qəddafinin "Yaşıl Kitab"ına əsasən mənzil insanın və ailənin əsas ehtiyacıdır. Heç kəsin ona aid olan mənzil üzərində heç bir hüququ yoxdur. Liviya liderinin bu siyasi-fəlsəfi görüşü ilk dəfə 1975-ci ildə dərc edilib.

2. Təhsil və səhiyyə xidmətləri pulsuz idi

Qəddafi hakimiyyət illərində ərəb və Afrika dünyasında ən yaxşı səhiyyə sistemini qurmuşdu. Bundan başqa, ölkələrində istədikləri təhsili və tibbi xidməti əldə edə bilməyən Liviya vətəndaşlarına ölkə sərhədlərindən kənarda problemlərini həll etmək üçün vəsait verilirdi.

3. Qəddafi dünyanın ən böyük suvarma layihəsini həyata keçirib

Dünyanın ən böyük suvarma sistemi Liviyada reallaşdırılıb və ölkənin bütün ərazisi su ilə təmin edilib. Sistem Qəddafi hökuməti tərəfindən maliyyələşdirilib və "dünyanın səkkizinci möcüzəsi" adlandırılıb.

4. Liviyada kənd təsərrüfatı biznesi üçün bütün şərait qurulmuşdu

Əgər Liviyada kimsə fermer təsərrüfatı qurmaq istəsəydi, bütün şərait var idi. Ona ev, torpaq sahəsi, mal-qara, səpin üçün toxum heç bir vergi ödəmədən verilirdi.

5. Yeni doğulan körpələrə yardım

Liviyada körpə dünyaya gətirən qadın həm özü, həm də övladı üçün 5 min dollar həcmində yardım ala bilirdi.

6. Elektrik enerjisi pulsuz idi

Liviya vətəndaşları elektrik enerjisindən pulsuz istifadə edirdi. Dövlət vətəndaşlara elektrik enerjisini pulsuz verirdi.

7. Ucuz benzin

Qəddafinin hakimiyyət illərində Liviyada bir litr benzin cəmi 14 sentə satılırdı.

8. Təhsil səviyyəsi artmışdı

Qəddafinin hakimiyyətinə qədər Liviya əhalisinin cəmi 25 faizi savadlı idi. O, savadlılıq dərəcəsini 87 faizə qədər artırdı. Ölkə əhalisinin 25 faizinin universitet diplomu var idi.

9. Liviyanın dövlət bankı var idi

Liviya dünyada tamamilə dövlətə məxsus banka sahib yeganə dövlət idi. Vətəndaşlar banka müraciət edib faizsiz ssuda götürə bilərdilər. Bundan başqa, Liviyanın xarici borcu yox idi.

10. Qızıl dinar

Qəddafi ölümünə qədər Afrikada vahid pul, qızıl dinarı tədavülə buraxmağa çalışırdı. "Afrika birləşmiş ştatları" termini ilk dəfə Markus Qarvey tərəfindən ortaya atılmışdı və Qəddafi onun izi ilə gedirdi. Muəmmar vahid Afrika pulunun, qızıl dinarın istifadəsinıə can atırdı. Bu üsul isə dünya iqtisadiyyatını xaosa sürükləyə bilərdi. Afrika ölkələri bu vasitə ilə kasıblıq və borc bataqlığından çıxa bilərdi. Onlar bahalı xammalı sataraq problemlərini həll edə bilərdilər. Afrika dövlətləri xarici ekspluatasiyaya yox deyərək, təbii ehtiyatlarına uyğun qiymət qoya bilərdi. Deyilənlərə görə, qızıl dinar məsələsi NATO tərəfindən hazırlanan qiyamın əsl səbəbi olub və nəticədə Liviya lideri öldürülüb.(Ölkə.Az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar