Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkə koronavirusla mübarizədən imtina etdi

Tarix: 28-03-2020 09:06     Baxış: 3207 A- / A+
Bu ölkə koronavirusla mübarizədən imtina etdi

İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı “kollektiv immunitet”in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.

“Aftonbladet” nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.

Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara sadəcə imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.

Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.

Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.

Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar