Xəbər lenti
Koronavirus Ermənistandakı referendumu da “vura” bilər - müxalifət Paşinyana çağırış etdi
Koronavirusun ölkə ərazisində yayılması Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Belə ki, hakim “Mənim addımım” bloku konstitusiya islahatları ilə bağlı aprel ayında keçirilməsi planlaşdırılan ümumrespublika referendumunu təxirə salmaq barədə müzakirələr aparır.
Manevr.az erməni mediasına istinadən xəbər verir ki, hələlik blok hansı qərar verəcəyini tam qətiləşdirməyib. Ancaq epidemiya səbəbindən siyasi planların da dəyişdiriləcəyi istisna edilmir.
Bu arada müxalifətçi deputatlar, o cümlədən “Çiçəklənən Ermənistan” partiyası referendumun təxirə salınması tələbi ilə çıxış edirlər. Referendumun təxirə salınması ehtimalını mümkün sayan “Mənim addımım” blokunun deputatı Vaaqn Ovakimyan deyib ki, bu barədə qərar ya hökumət, ya da Milli Məclis səviyyəsində qəbul olunmalıdır. “Bu, mövcud vəziyyətə uyğun olmalıdır. Ancaq hazırda bu haqda nə isə demək çətindir”, deputat əlavə edib.
Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan da referndumun təxirə salınacağını istisna etməyib. Onun sözlərinə görə, əgər ölkədə koronavirus sürətlə yayılsa, o halda əhali özü referendumun ləğvini tələb edəcək. Ekspert deyib ki, əks halda referendumda 650 min nəfərin “hə” cavabını almaq mümkün olmayacaq. Mikaelyan Nikol Paşinyanın 1 mart 2008-ci il hadisələrinin ildönümü ilə bağlı planlaşdırdığı yürüşü koronavirus təhlükəsi səbəbindən təxirə salmasını da xatırladıb.
Qeyd edək ki, Ermənistanda koronavirusun əsas “ocağı” Eçmiədzindir. Şəhər meri Diana Qasparyan əhalini evdə oturmağa və şəhərdən kənara çıxmamağa çağırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar