Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Milyarderlər bir gündə 238 milyard dollar itirdilər

Tarix: 11-03-2020 09:26     Baxış: 4291 A- / A+
Milyarderlər bir gündə 238 milyard dollar itirdilər


Dünyanı cənginə alan koronavirusun maliyyə bazarlarına vurduğu ziyan və ardınca neftin qiymətinin 30 dollardan aşağı enməsi milyarderlərin böyük sərvət itirməsinə səbəb olub.

Dünyanın ən varlı 500 şəxsi 1 gündə ümumilikdə 238,5 milyard dollar itirib.

Ən varlılar siyahısında birinci yerdə olan Ceff Bezosun sərvəti 5,6 milyard dollar azalıb və 112 milyard dollar olub. Onun sahibi olduğu “Amazon” şirkətinin hissə dəyərləri 5,29 faiz dəyər itirib.

“Microsoft” şirkəti isə 6,78 faiz dəyər itirib. Bu da şirkətin qurucusu Bill Qeytsin ümumi sərvətinin 5,12 milyard dollar azalmasına səbəb olub. Hazırda Qeytsin 106 milyard dollar sərvəti var.

“Bloomberg”in məlumatına görə, ən varlı 500 nəfərdən sadəcə 17 nəfərin sərvəti artıb. Bunların başında “Muyuan Foodstuff” qida şirkətinin çinli sahibi Qin Yinqlin gəlib. Onun sərvəti 536 milyon dollar artıb və 13,7 milyard dollara çatıb./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar