Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin və Tramp necə qidalanır? – Maraqlı faktlar

Tarix: 10-03-2020 11:07     Baxış: 2242 A- / A+
Putin və Tramp necə qidalanır? – Maraqlı faktlar


Avropa Tibb İnstitutunun dietoloqları Rusiya, ABŞ və Almaniya liderlərinin necə qidalanması haqqında araşdırma aparıb.

Manevr.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Konfidensial” qəzeti yayıb.

Məlumata görə, 67 yaşlı Rusiya Prezidenti Vladimir Putin yağsız ətə, yağlı və yağsız balıq növlərinə, meyvə, tərəvəz, dənli bitkilər və yumurta yeməyə üstünlük verir.

Spirtli içki qəbul etməkdən çəkinən Putinin qədəh qaldırmaq məcburiyyəti olduqda şərab və ya pivə içdiyi bildirilib. Rusiya prezidenti səhər yeməyində omlet və ya çiy bildirçin yumurtası, meyvə, qoz-fındıq, axşam yeməyi üçün isə süd və süd məhsulları istifadə edir.

Həmçinin, Putinin daim üzgüçülük, xizək və xokkey kimi idman növləri ilə məşğul olması sayəsində sağlam həyat sürdüyü də qeyd edilib.

73 yaşlı ABŞ Prezidenti Donald Trampın isə fəst-fud qəbul etdiyi bildirilərək, yumurta, pendir, basdırma və souslu hamburger və sendviç yeməyə üstünlük verdiyi qeyd edilib. ABŞ liderinin kartof qızartması, pizza, sərinləşdirici içkilər, xəmir və qızarılmış qanad yediyi vurğulanıb.

Spirtli içki qəbul etməyən, lakin kofeinli kola və şokoladlı kokteylləri sevən Trampın gənc yaşlarda beysbol və futbola maraq göstərdiyi yazılıb.

65 yaşlı Almaniya kansleri Angela Merkelin isə xizək sürməyi və piyada gəzməyi sevdiyi, lakin davamlı idmanla məşğul olmadığı bildirilib.

Merkelin souslu kolbasa və pivədən istifadə etdiyi, axşamlar tərəvəz yeməyə üstünlük verdiyi vurğulanıb. /Axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar