Xəbər lenti
Tramp dünyanın koronavirusa reaksiyasını tənqid etdi

ABŞ prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.
Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.
"Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla (ölüm faizi-red) 27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.
Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!" - deyə Tramp “Twitter”dəki hesabında yazıb.
Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub.
Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.report.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar