Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

İranın keçmiş müşaviri koronavirusdan öldü

Tarix: 08-03-2020 14:38     Baxış: 4267 A- / A+
İranın keçmiş müşaviri koronavirusdan öldü


İranda tüğyan edən koronavirus epidemiyası siyasi elitanın daha bir üzvünün həyatına son qoyub.

Manevr.az xəbər verir ki, xarici işlər naziri Məhəmməd Cavad Zərifin keçmiş müşaviri Hüseyn Şeyx əl-İslam koronavirus nəticəsində yaranan pnevmaniyadan ölüb. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri idi və ötən ilə qədər xarici işlər nazirinin müşaviri olmuşdu. Hüseyn Şeyx əl-İslamın martın 7-də öldüyü bildirilir.

Həmin gün İran parlamentinin yeni seçilmiş deputatı Fatimə Rəhbər də virusdan ölüb. Bu, İran parlamentinə fevralda keçirilmiş seçkilərdə seçilmiş və həyatını virusa yoluxaraq itirmiş ikinci deputatdır. Martın 6-da isə virusdan İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam və ölkənin hüquq sisteminin rəhbərinin müavini Əli Xələfi ölüb. Habelə İnqilab Keşikçiləri Korpusunun "Bəsic" bölmələrinin yüksək rütbəli zabiti Məhəmməd Həc Abdulqasımi, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, məqsədəuyğunluq Şurasının üzvü və ayətullah Xameneyinin müşaviri Səid Məhmməd Mirməhəmmədi də koronavirusdan ölmüşdülər.

İranın keçmiş müşaviri koronavirusdan öldü


Virus İran elitası arasında da sürətlə yayılır və ölkənin bütün əyalətlərini bürüyüb. Rəsmi rəqəmlərə görə İranda ölənlərin sayı dünənə qədər 145, yoluxanların sayı 6 minə yaxın idi.//virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar