Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistanda “Quran” kitablarını yandırırlar

Tarix: 04-03-2020 21:50     Baxış: 3223 A- / A+
Hindistanda “Quran” kitablarını yandırırlar

Hindistanda dini zəmində qarşıdurmalar müsəlmanlara böyük zərər vurub. Xeyli insan evini itirib.

Manevr.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” telekanalı münaqişələrin baş verdiyi Dehlidən reportaj hazırlayıb. Müsəlmanlara tribuna verilib.

Nurcahan adlı qadın deyir ki, evdən 5 dəqiqə gec çıxsaydılar, öldürüləcəkdilər: “Bir qəpiyimiz də qalmadı. Hər şeyi əlimizdən aldılar. Halbuki heç kimə zərər vurmamışdıq”.

Məhəmməd Bavar aciz vəziyyətdə olduqlarını söyləyir: “Əlimizdən heç nə gəlmir. Polisə nə qədər zəng vursaq da, köməyə gəlmirlər. Deyin, indi mən neyləyim?”

“Deutsche Welle”nin kadrlarında “Quran” kitablarının yandırılması, məscidlərin dağıdılması görünür. Hökumət vəziyyətə nəzarət etdiyini bildirir. Bir az sakitlik yaranıb, amma insanlar qorxu içindədir. Polis yüzlərlə insanın saxlanıldığını bildirir.bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar