Xəbər lenti
Çində telefon satışı koronavirusa görə 30 faiz azalıb
İlk dəfə Çinin Uhan şəhərində aşkarlanan koronavirusdan ölənlərin sayı 2000-i keçib. Virus yalnız insan həyatına deyil, iqtisadiyyat və dünya bazarına da təsir göstərir.
Manevr.az ted.az-a istinadən bildirir ki, virusdan ən çox təsirlənən ölkə olan Çində yanvar ayında telefon satışı 30% zəifləyib. Çin Elm və Texnologiya Akademiyasının məlumatına görə, mobil telefon modelləri ötən ilin yanvarında 32 milyondan artıq gəlir gətirsə də, bu il həmin göstərici 20 milyondan çox olub.
Fevral ayının ilk 2 həftəsində isə ötən illə müqayisədə avtomobil satışları 92% aşağı düşüb. Rəsmi məlumatlarda fevralın sonuna doğru göstəricilərin nisbətən yaxşılaşacağı qeyd olunub. Buna baxmayaraq, ölkədəki avtomobil satışının ötən ilin fevralı ilə müqayisədə 70% aşağı olacağı təxmin edilir.
Qeyd edək ki, Çinin İqtisadiyyat Nazirliyindən yayılan açıqlamada vəziyyəti nisbətən stabilləşdirmək üçün digər dövlət qurumları ilə birgə iş aparılacağı söylənilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar